Dünya reytinqində Azərbaycan futbol klublarının yeri məlum olubbackend

Dünya reytinqində Azərbaycan futbol klublarının yeri məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” dünya reytinqində 6 pillə geriləyib.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.

Ağdam təmsilçisi hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən “Zirə” (103,25 xal) 208-ci sıradadır.

14 pillə geriləyən “Sabah” (61 xal) 400-cü, 5 sıra geriləyən “Turan Tovuz” (53,75 xal) isə 499-cu ola bilib.

Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi “Real” başçılıq edir – 481 xal.