Rusiya Trampın Qəzza planlarına reaksiya veribbackend

Rusiya Trampın Qəzza planlarına reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Lenta.ru ilə söhbətində ABŞ prezidenti Donald Tramp İsrail ətrafında münaqişələr problemini həll etmək üçün Qəzza zolağına nəzarəti ələ keçirmək istəyir.

NOCOMMENT.az xəbər verir ki, o, həmçinin Trampın problemin bu sadə həllini həyata keçirə bilməyəcəyinə əminliyini ifadə edib.

“Tramp onilliklərdir davam edən problemi fələstinliləri İsraildən qoparmaqla, onları harasa köçürməklə həll etmək istəyir. Bu, gərginliyi aradan qaldırmağa kömək edəcək texniki həlldir. Təbii ki, ata-babalarının torpaqlarında yaşayan bu insanlar məskunlaşdırılarsa, o zaman İsrail üçün daha sakit olar”, – Çepa izah edib.

Amma deputatın sözlərinə görə, Amerika prezidentinə belə bir planı həyata keçirməyə icazə verilməyəcək. Üstəlik, siyasətçinin sözlərinə görə, Misir və Qətər kimi ABŞ-ın bölgədəki müttəfiqləri də buna qarşı çıxacaq.

“Onlar insanların didərgin salınmasını dəstəkləmirlər və inadla bunu təkrarlayaraq deyirlər ki, Fələstinin öz dövləti olacaq və Fələstin xalqının buna haqqı var. Deməli, Tramp Fələstin məsələsində sadə həll yolu tapa bilməyəcək”, – deyə deputat yekunlaşdırıb.

Tramp daha əvvəl Qəzzanın idarəçiliyinə investisiya layihəsi kimi baxdığını bildirib. O vurğulayıb ki, onun planına əsasən Qəzza zolağı müvəqqəti olaraq ABŞ-ın nəzarətində olacaq, fələstinlilər isə başqa yerə gedəcəklər.