Rusiya Kiyevə hücumlar fonunda Zelenskinin tam təhlükəsizliyindən danışıbbackend

Rusiya Kiyevə hücumlar fonunda Zelenskinin tam təhlükəsizliyindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbələr fonunda Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov Telegram -da yazıb.

Ekspert qeyd edib ki, Kiyevə zərbələr yalnız Ukrayna paytaxtının kənarında endirilib. “Kiyevin mərkəzi təhlükəsiz yer olaraq qalır. “Zelenski tamamilə təhlükəsizdir”,- deyə politoloq öz bloqunda bildirib.

Kiyevdə gecə saatlarında silsilə partlayışlar baş verib. Hadisə ilə bağlı məlumatı şəhər meri Vitali Kliçko da təsdiqləyib. Onun sözlərinə görə, həmin vaxt Ukrayna paytaxtında hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərirdi.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada qərar qəbuletmə mərkəzlərinə, o cümlədən “Oreşnik” raketləri ilə zərbələr endirilməsi ilə bağlı suala zarafatla cavab verib.