Şimali Atlantika Alyansının fəaliyyəti hərtərəfli nəzərdən keçirilməsini tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı iş adamı və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.
“NATO-nun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var”, – deyə sahibkar yazıb.
2024-cü ilin yayında Mask ABŞ-ın NATO-ya sərmayə qoymasından qəzəbləndiyini bildirib. Amerikalı vergi ödəyiciləri avropalıların özləri bunu edə bildiyi halda Avropanın təhlükəsizliyinə sərmayə qoymamalıdırlar.