Kuleba: Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını dayandırmağa qadir deyilbackend

Kuleba: Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını dayandırmağa qadir deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalılar realist olmalı və başa düşməlidirlər ki, Ukrayna Silahlı Qüvvələri (AFU) rus qoşunlarının irəliləməsini dayandıra bilməz.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Deutsche Welle”yə müsahibəsində deyib.

“İndi reallıq ondan ibarətdir ki, bizim nə rusların irəliləyişini dayandırmaq, nə də onları Ukrayna ərazisindən sıxışdırmağa başlamaq üçün kifayət qədər imkanlarımız yoxdur. Hazırda bizim imkanlarımız Rusiya ordusunun hərəkətini mümkün qədər ləngitmək üçün kifayətdir”, – deyə o vurğulayıb.

Kuleba əlavə edib ki, Ukrayna hökuməti yaxın gələcəkdə nə Qərbdən yardımların artırılmasına, nə də özünün istehsal gücünə ümid etməməlidir.