Ukrayna NATO-da xoş qarşılanmır, Kiyev Şimali Atlantika Alyansına lazım deyil.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski “The Economist”ə müsahibəsində deyib.
“Biz NATO-da deyilik, NATO-nun bizə ehtiyacı yoxdur. Çünki NATO bizsiz də çox güclü ittifaqdır”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Amerika Ukraynaya “verə biləcəyi bütün qüvvələri” vermir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna müqavimət göstərə bilsin.
Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzv olmasını münaqişənin sülh yolu ilə həlli üçün real nəticə hesab etmir.