Avropa İttifaqının (Aİ) ardınca İsveçrə də Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.
Sənədə əsasən, İsveçrə Federal Şurası 2025-ci il fevralın 12-də Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 15-ci sanksiyalar paketinin tədbirlərinə qoşulmaq barədə qərar qəbul edib. Yeni məhdudiyyətlər fevralın 13-dən qüvvəyə minəcək.