Kobaxidze USAID-i siyasi proseslərə müdaxilədə ittiham edibbackend

Kobaxidze USAID-i siyasi proseslərə müdaxilədə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstanda siyasi proseslərə müdaxilə edib, inqilabi ssenarilər hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.

“USAID həmçinin Gürcüstanda ölkədə gedən siyasi proseslərə, xüsusən də seçki proseslərinə və daha çox inqilabi proseslərin planlaşdırılması və həyata keçirilməsinə kobud şəkildə müdaxilə edib. Bütün bunlar son dərəcə qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, USAID dünyanın bir çox ölkələrində dövlət çevrilişlərinin hazırlanması və təşkilində iştirak edib. Onun sözlərinə görə, agentlik vətəndaş fəallarının, seçki müşahidəçilərinin və jurnalistlərin hazırlanmasına yönəlmiş layihə və proqramları maliyyələşdirməklə buna töhfə verib.

O qeyd edib ki, söhbət Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Qırğızıstan, Kuba, Nikaraqua, Venesuela və bir sıra başqa ölkələrdən gedir. Eyni zamanda, USAID bu məqsədlə son 10 ildə keçmiş sovet ölkələrinə 2 milyard dollardan çox vəsait xərcləyib ki, bunun da 52%-i Ukraynaya gedib.