Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 530 manatdan 573 manata çatıb. Yerigəlmişkən yaşa görə minimum pensiya məbləği 320 manatdır. Dünya təcrübəsində yaşa görə pensiya alan insanlar illər ərzində daha çox yaşlandıqca onların pensiyalarında da artımlar olur. Bəs Azərbaycanda yaşa görə pensiya alanlar üçün belə bir artımlar mümkündürmü?
Həmçinin pensiya yaşına çatan şəxslər bəziləri maddi ehtiyacları və digər səbəblərdən işləməyə qərar verirlər. Ölkəmizdə pensiya yaşına çatan şəxslər hansı hallarda işləyə bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Referans-ın suallarını cavablandırıb. Millət vəkili deyib ki, növbəti illərdə Azərbaycanda yaşa görə pensiya məbləğinin artmasını müşahidə edəcəyik. Sözsüz ki, minimum pensiyanın artması və indekisasiya yaşa görə orta pensiya məbləğinin artmasına səbəb olur.
Millət vəkili həmçinin onu da bildirib ki, qanunvericiliyə əsasən bir sıra sektorlarda vətəndaşlar pensiya yaşı tamam olduqdan sonra da işləmək hüququna malikdir. Bura həm dövlət sektor həm də eyni zamanda özəl sektor daxildir. Bəzi sahələrdə işləmək üçün maksimum yaş 63 yaşdır. Yalnız xüsusi hallarda işləməklə bağlı yaş müddəti uzadıla bilər. Qaydalara əsasən isə 6 ildən bir pensiya yenidən hesablanır yığımlar isə pensiya kapitalına əlavə olunur. Bu isə ona imkan verir ki, vətəndaş işləyirsə 6 ildən bir pensiya məbləğini artırmış olur. Bu da vətəndaşların pensiya kapitalını çoxaltmağa şərait yaradır.
“Təbii ki, bütün bunlar pensiyaçıların pensiya məbləğlərinə təsir edir. Onlar işlədiyi halda onlar daha çox pensiya almaq fürsəti əldə edirlər”, – deyə millət vəkili əlavə edib.