Maduro müxalifəti USAID-in pullarını mənimsəməkdə günahlandırdıbackend

Maduro müxalifəti USAID-in pullarını mənimsəməkdə günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifət rəhbərliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) aldığı 5 milyard dollar oğurlanıb və ölkədə vəziyyəti qarışdırmaq üçün istifadə edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib.

“USAID qalmaqalının göstərdiyi kimi, Venesuelaya qarşı sövdələşmələrə son qoyulmalıdır”, – Maduro deyib. O qeyd edib ki, “Xuan Quaydo Amerika agentliyindən 5 milyard dollardan çox vəsait alıb, bu pullar oğurlanıb” və Venesuelada vəziyyəti qarışdırmaq üçün istifadə edilib.

Prezident vurğulayıb ki, “Quaydonu respublikanın prezidenti hesab edən müxalifətçilərin ailələri maddi dəstəkdən məhrum edilib”. O həmçinin söyləyib ki, venesuelalı “analar, həkimlər, müəllimlər bir dollar belə almayıblar”.

Maduro iddia edib ki, Venesuela hökuməti müxalifətin USAID tərəfindən verilən vəsaitləri mənimsəməsi faktları barədə dəfələrlə məlumat verib və “indi bu faktlar təsdiqlənib”.\\Report