İtaliya Xarici İşlər Nazirliyi Tramp-Putin söhbətinə münasibət bildiribbackend

İtaliya Xarici İşlər Nazirliyi Tramp-Putin söhbətinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin həlli məsələsində ikinci dərəcəli rol oynamamalıdır. 

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin söhbətini belə şərh edib.

O, Romada mətbuat konfransında jurnalistlərə deyib: “Aİ-nin ikinci dərəcəli rol oynamaması həyati əhəmiyyət kəsb edir, biz amerikalılar kimi təkbaşına hərəkət etməməliyik”.

Bundan əvvəl Fransanın “Le Monde” qəzeti Trampın Putinlə danışaraq Ukraynanın Qərb müttəfiqlərinin birliyini pozduğunu yazmışdı.