Rusiya hökuməti yük maşını sürücüləri üçün Çinlə sadələşdirilmiş viza rejimini genişləndirir.
NOCOMMENT.az xəbər verir ki, bunu baş nazir Mixail Mişustin deyib.
“Biz sadələşdirilmiş viza rejimini ölkələrimizin vətəndaşlarının daha geniş dairəsinə şamil edəcəyik. Çinə beynəlxalq avtomobil daşımaları ilə məşğul olan bütün vətəndaşlarımız bir il müddətinə çoxdəfəlik giriş vizası ala biləcəklər”, – Mişustin Nazirlər Kabinetinin iclasında bildirib.
O, Çinə beynəlxalq avtomobil daşımaları ilə məşğul olan Rusiya vətəndaşlarının illik çoxdəfəlik giriş vizası almaq hüququna malik olacağını qeyd edərək, bu icazənin yaşayış yerindən asılı olmayaraq etibarlı olacağını bildirib. Hökumət başçısı vurğulayıb ki, hər bir fərdi səfərin müddəti 30 günlə məhdudlaşır.