Macarıstanın baş naziri Viktor Orban Aİ-nin diplomatiya üzrə rəhbəri Kaya Kallası Aİ-nin Ukraynadakı münaqişə ilə bağlı istənilən danışıqlarda mərkəzi rol oynamalı olduğunu deməsinə görə kəskin tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, nəşr onun “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
Orban ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinlə sülh danışıqları apararkən Aİ rəsmilərinin “əhəmiyyətsiz bəyanatlar” verdiyinə diqqət çəkib.
“Bu bəyanat Brüsseldəki pis rəhbərliyin kədərli sübutudur. Prezidentlər Tramp və Putin sülh danışıqları apararkən, Aİ rəsmiləri mənasız bəyanatlar verirlər”, – Orban bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı “danışıqlar masasına oturmağı” tələb edə bilməz. Macarıstanın baş naziri bildirib ki, bu, yaxşı rəhbərlik və ağıllı diplomatiya vasitəsilə əldə edilməlidir.