AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva 56 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya professor Cavanşir Yusifli məlumat verib.
Qeyd edək ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu ildə Bərdə rayonunda anadan olub. Bir müddət Bakı Slavyan Universitetində çalışan alim Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində fəaliyyət göstərirdi. O, həmçinin Ali Attestasiya Komitəsinin Ekspert şurasının üzvü idi.