Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı Ukraynadakı vəziyyətin həlli prosesinə Aİ ölkələrinin cəlb edilməsi məsələsi qaldırılmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “Birinci Kanal”a müsahibəsində bildirib.
“Bu, ümumiyyətlə, müzakirə olunmayıb. “Dünənki söhbət zamanı heç bir şəkildə Avropa məsələlərinə toxunulmayıb”, – Peskov bildirib.