Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinin sakinləri ilə bağlı göstəriş verib.
NOCOMMENT.az xəbər verir ki, Kremlin saytında dərc olunan sərəncama əsasən, söhbət qurbanlara yardımın təşkilindən gedir.
Dövlət başçısı Ukrayna silahlı birləşmələrinin hərəkətlərindən zərər çəkmiş şəxslərə “bir pəncərə” prinsipi ilə dəstək verilməsini təmin etməyi tapşırıb.
Müvafiq əmr Rusiya Müdafiə Nazirliyinə və Belqorod, Bryansk və Kursk vilayətlərinin hökumətlərinə verilib. Prezidentin sərəncamına əsasən, 2025-ci il aprelin 1-dək həyata keçirilməlidir.
Bundan əvvəl mətbuat konfransı ilə birləşən birbaşa xətt zamanı Putin bəyan etmişdi ki, sərhədyanı rayonların sakinləri hakimiyyətin diqqətindən kənarda qalmayacaq.