Çin öz xalqının mənafeyi naminə Rusiyadan qaz alır və sanksiyaları faydasız hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi deyib.
“Siz deyirsiniz ki, Çin Rusiyadan qaz almağı dayandırmalıdır, amma mən bir sual vermək istərdim: Çin Rusiyadan qaz almasa, hansı ölkə bizə bu qədər qaz verə bilər? Biz Çin xalqının ehtiyaclarını ödəyirik”, – o, Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Çin mübahisələrin və fikir ayrılıqlarının siyasi yollarla həllinin tərəfdarıdır, çünki “sanksiyalar problemi tam həll etmək iqtidarında deyil”.