20 Yanvar faciəsində xəyanət faktoru – ŞOK MƏLUMATLARbackend

20 Yanvar faciəsində xəyanət faktoru – ŞOK MƏLUMATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hüseynov Vaqif Əlövsət oğlu kimdir?
Hüseynov Vaqif Əlövsət oğlu 1942-ci ildə Qubada anadan olub. Akademik Mirəli Qaşqayın kürəkənidir.
NOCOMMENT.az bildirir ki, 1989-1991-ci illərdə, yəni Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti başladığı ərəfədə, bir sıra siyasi qətllərin törədildiyi dövrdə və nəhayət 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları Bakıda dinc insanlara qarşı qətilam aktını həyata keçirdiyi bir vaxtda Vaqif Hüseynov Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub.
1992-ci ildə hakimiyyətə AXC-Müsavat siyasi tandeminin gəlməsindən sonra Vaqif Hüseynov həbs edilir.
Ona qarşı verilən ittihamın əsas tərkib hissəsi məhz 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi ilə bağlı idi.
O, təqsirli bilinirdi:
1. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında fərmanın qəbul olunması üçün əsas yaratmış SSRİ Daxili İşlər Nazirliyinin və Sovet Ordusunun qoşun hissələrinə əvvəlcədən tərtib edilmiş xüsusi plan üzrə istiqamət vermək;
2. Hadisədən 1 gün qabaq, yəni yanvar ayının 19-da Bakıda əhalini baş verən hadisələr barəsində doğru məlumat əldə etməkdən məhrum etmək məqsədilə SSRİ DTK-ın “ALFA” qrupunun əməkdaşlarının iştirakı ilə Azərbaycanın Televiziya və Radio yayımlarının enerji blokunda partalyış hadisəsini təşkil etmək; (19.01.1990. Saat: 19;27)
3. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin milliyyətcə erməni olan bəzi əməkdaşlarının pasportlarının dəyişdirilərək onların ad, soyad və ata adlarının Azərbaycan adları ilə əvəzlənməsi;
4. Salyan Kazarmasında əvvəlcədən silahla təchiz olunmuş 106 nəfər komitə əməkdaşının yerləşdirilməsi və onların bilərəkdən rus hərbiçilərinə atəş açaraq, guya Bakıda bir qrup ekstremistçi silahlı şəxsin hakimiyyəti zorla devirmək planının olduğu görüntüsünü yaratmaq, bununla da Moskvanın apardığı qanlı və təxribatçı siyasət tədbirlərində yaxından iştirak etmək.
Lakin, keçmiş DTK sədrini törətdiyi xəyanətkar əməllərə görə vaxtında mühakimə etmək və cəzalandırılmasına nail olmaq mümkün olmayıb. Bu həm də hüquq-mühafizə sistemində səriştəli kadrların olmamasından irəli gəlirdi.
1993-cü ildə Vaqif Hüseynov həbsdən buraxılmışdır.
Elə həımin tarixdən etibarən Vaqif Hüseynov Azərbaycanı tərk edərək Rusiyaya qaçmışdır. Bununla da o, özü sübut etmişdir ki, 1989-1991-ci illərdə Azərbaycanda baş vermiş hadisələrin birbaşa iştirakçısı olub.
Hərəkət, yaxud hərəkətsizlik… Cinayəti törətmək üçün yol verilən hər iki fiziki situasiya cinayət məsuliyyəti yaradır.
Vaqif Hüseynov Rusiyadan sığınacaq alandan sonra uğurlu karyera qurdu. 2000-ci ildən o, Rusiyanın paytaxtı Moskva şəhərində “Strateji təhlil və qiymətləndirmə institutun” direktoru, “VESTNİK” analtik jurnalının baş redaktoru, 1997-ci ildən isə təsis etdiyi “ROSBALT” informasiya agentliyinin rəhbəridir.
“Məxfi Müharibənin Xronikası”, “Kompramatların Müharibəsi”, “Xəzər Nefti”, “İqtisadiyyat və Geosiyasət” kitablarının müəllifi olan Vaqif Hüseynov 1998-ci ildən Rusiyanın Xarici və Müdafiə Şurasının üzvüdür.
Qeyd edilənlər onu göstərir ki, bu insan artıq öz fəaliyyətində doğma vətəninin deyil, Rusiyanın maraqlarından çıxış edir. Necə ki, bu həmişə belə olub…
Vaqif Hüseynovun Rusiyaya xidmət etməsi başqa maraqlı məqamları da gözlər önünə gətirir. Belə ki, Rusiyanın özünə mütəffiq saydığı ölkələri Vafiq Hüseynov da öz fəaliyyətində mütəffiq kimi təqdim etməyə və bu siyasətə sadiq qalmağa borcludur. Bu da o deməkdir ki, Vafiq Hüseynov işğalçı və təcavüzkar Ermənistanın da maraqlarının müdafiəçisidir.
Samir Zeynalov, hüquq müdafiəçisi