Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Çermet” körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.