İki ildir ölü olduğu düşünülən Qaramyan sağ çıxdıbackend

İki ildir ölü olduğu düşünülən Qaramyan sağ çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Arşavir Qaramyanın sağ olduğu məlum olub.

NOCOMMENT.az cebheinfo.az-a istinadən xəbər verir ki,  ləğv edilmiş qondarma rejimin “Milli təhlükəsizlik xidməti”nin keçmiş direktoru, “Təhlükəsizlik şurası”nın keçmiş katibi Arşavir Qaramyanın Ermənistan mediasında fotoşəkli və bəyanatı paylaşılıb.

Qeyd edək ki, Qaramyan müharibə zamanı azərbaycanlı əsir və girovlara işgəncə verməsi, çoxsaylı qətllər törətməsi ilə tanınır.

Onun bu cinayətlərini sübut edən məhşur bir videogörüntü də var. Birinci Qarabağ müharibəsində əsir düşmüş azərbaycanlı döyüşçüyə işgəncə verən Qaramyan onu hərbi buşlatının qolundakı Ermənistan bayrağını yalamağa məcbur edir.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterrror əməliyyatından sonra Ermənistan mediasında və sosial şəbəkələrdə Arşavir Qaramyanın öldürüldüyü barədə məlumat yayıldı.

Sonra isə Qaramyanın Azərbaycan tərəfindən həbs edildiyi bildirildi. Lakin sonradan bu xəbərlərin heç biri təsdiqini tapmasa da, Qaramyanın sağ olduğunu sübut edən məlumatlar verilmədi.

Nəhayət, Arşavir Qaramyanın öz fotoşəklini dərc edərək, Qarabağda xalqının döyüşdüyünü və həlak olduğunu yazması onun antiterror əməliyyatından sonra Ermənistan qaçmaq imkanı tapdığını göstərir.

“Əslində, 2020-ci il müharibəsindən və ondan sonra həm Ermənistanın, həm də “Artsax”ın bir çox uğursuz ictimai və siyasi xadimləri qarabağlılar (ermənilər-red.) haqqında oxşar sözləri səsləndiriblər.

Bu yolla çalışıblar və indi çalışırlar ki, guya “artsaxlılar”ın döyüşmədiyi, mübarizə aparmamadığı, buna görə də ermənilərin “Artsax”ı itirdiyinə dair insanlar arasında yanlış təsəvvür yaratsınlar. Odur ki, mənim qınaq sözüm bu yalan tezisi yayanlaradır”, – deyə Qaramyan qeyd edib. /cebheinfo.az