Polşa Ukraynaya qoşun yeritməyi planlaşdırmır, çünki onun ordusu hazırda şərq sərhədini qorumaqla məşğuldur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
O qeyd edib ki, Polşa-Belarus sərhədində daimi olaraq 6 min hərbi qulluqçu var və burada ümumilikdə 17 min hərbçi iştirak edir.
“Biz Ukraynaya logistik dəstək verən mərkəzik. Orta hesabla yardımın 95%-i, bəzən isə 100%-i Polşadan keçir. “Beləliklə, bizim artıq müəyyən rolumuz var”, – deyə o vurğulayıb.
O, əlavə edib ki, Polşanın başqa bir rolu var – logistik dəstək və Şimali Atlantika Alyansının şərq cinahının gücləndirilməsi.