Baş katib Rutte: Kelloq NATO ölkələri ilə Ukraynada nizamlanmanı müzakirə edibbackend

Baş katib Rutte: Kelloq NATO ölkələri ilə Ukraynada nizamlanmanı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte bildirib ki, bazar ertəsi Brüsselə gələn Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq münaqişəyə son qoymaq üçün alyans ölkələrinin nümayəndələri ilə sülh yolu ilə nizamlanmanı müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rutte vurğulayıb ki, Kelloq artıq NATO müttəfiqləri ilə ədalətli və davamlı sülhə nail olmaq üçün məsləhətləşmələr aparıb.

NATO baş katibinin sözlərinə görə, münaqişəyə son qoymaq və bloka daxil olan ölkələrin davamlı təhlükəsizliyini təmin etmək üçün daha çox iş görülməlidir.