“Drujba” kəməri ilə Qazaxıstandan Macarıstana sınaq neftinin tədarükü 2025-ci ildə baş tutacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin saytında məlumat verilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto arasında keçirilən görüşdə Qazaxıstan neftinin Macarıstana çatdırılması məsələləri müzakirə olunub.
“2025-ci il ərzində sınaq tədarükləri ilə bağlı razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.