ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə danışıqlar fonunda Amerika qoşunlarını Baltikyanı və Qərbi Avropadan çıxara bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazır.
Nəşr qeyd edir ki, gələcəkdə Amerika qoşunları daha da qərbə köçürülə bilər, bunun nəticəsində “Avropa İttifaqı Rusiya ordusu qarşısında zəif olacaq”.