Ukraynadakı münaqişə döyüş meydanında həll oluna bilməz.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uotz “Fox News”a müsahibəsində bildirib.
“Prezident Tramp açıq şəkildə bildirdi ki, buna son qoyulmalıdır. Bu, münaqişənin müvəqqəti yox, həmişəlik həlli olmalıdır. İkincisi, bu münaqişə döyüş meydanında bitə bilməz,” – ABŞ rəsmisi qeyd edib.