Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas ÖLKƏLƏR və MƏBLƏĞLƏRbackend

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas ÖLKƏLƏR və MƏBLƏĞLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar ayı üzrə Azərbaycanın xarici ticarət dövriyəsi 5 090 838.13 min $ (5 milyard 90 milyon 838 min) təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu məbləğin 3 038 454.32 min $-ı ixracın payına, 2 052 383.81 min $-ı isə idxalın payına düşüb. Yəni, ümumi ticarət dövriyəsinin 59.68 %-ni ixrac, 40.32 %-ni isə idxal təşkil edib.

Qeyd edək ki, sözügedən dövrdə xarici ticarət dövriyyəsində 987 milyon $-lıq müsbət saldo yaranıb.

Toplamda dünyanın 100-dən artıq ölkəsindən 5120 növdə məhsul idxal olunub. İxrac olunan məhsulların sayı isə 1 027 olub.

Bəs xarici ticarət dövriyyəsindəki əsas ölkələr hansılardır? 

5 milyard 90 milyon 838 minlik ticarət dövriyyəsində ilk yeri 1 432 818.37 min $ ilə (1 milyard 432 milyon 818 min 370) İtaliya tutub. İtaliya ilə aparılan ticarət ümumi ticarət dövriyyəmizin 28.15 %-ni təşkil edib.

II sırada 483 292.95 min $ ilə Türkiyə, III sırada isə 411 813.07 min $ ilə Rusiya qərarlaşıb. Türkiyə ticarət dövriyyəsini 9.49 %-ni, Rusiya isə 8.09 %-ni təşkil edib/

İlk beşliyi isə müvafiq olaraq 379 557.03 min $ ilə Çin və 283 431.90 min $ ilə Almaniya tamamlayıb.

Avstraliya, Çexiya, Böyük Britaniya, Xorvatiya, Meksika ilk onluğu tamamlayan ölkələr olub.

Qeyd edək ki, Avstraliya ilə ticarət dövriyyəmiz  226 683.21 min $ (226 milyon 683 min 210), Çexiya ilə  208 500.05 min $ (208 milyon 500 min 50), Böyük Britaniya ilə 193 992.72 min $ (193 milyon 992 min 720), Xorvatiya ilə 188 904.31 min $ (188 milyon 904 min 310), Meksika ilə isə 180 208.57  min $ (180 milyon 208 min 570) təşkil edib.

Aşağıdakı cədvəldə yanvar ayı üzrə xarici ticarət dövriyyəmizdəki əsas ölkələri və onlarla aparılan ticarətin ümumi xarici ticarət dövriyyəsindəki çəkisini görə bilərsiniz:\\Valyuta.Az

ÖLKƏLƏR MİN ABŞ DOLLARI ÇƏKİ (% İLƏ)
İtaliya 1 432 818.37 28.15
Türkiyə 483 292.95 9.49
Rusiya 411 813.07 8.09
Çin 379 557.03 7.46
Almaniya 283 431.90 5.57
Avstraliya 226 683.21 4.45
Çexiya 208 500.05 4.1
Böyük Britaniya 193 992.72 3.81
Xorvatiya 188 904.31 3.71
Meksika 180 208.57 3.54
Digər ölkələr 1 101 635.96 21.64
Valyuta.Az