Füzulidə ölümlə nəticələnən yol qəzası olub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində baş verib.
28 yaşlı Məmmədov Xəyyam İlham oğlunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobil, onun həmyaşıdı Məhərrəmov Əmrah İbrahim oğlunun idarə etdiyi “Belarus 892” markalı traktorla toqquşub.
Nəticədə minik maşınında olan sərnişin, sürücünün 2 yaşlı oğlu Rəşad aldığı xəsarətlərdən Füzuli rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.\\Lent.az