Rusiya Xruşşovun qərarının məhkəmədə qeyri-qanuni elan edilməsini təklif edirbackend

Rusiya Xruşşovun qərarının məhkəmədə qeyri-qanuni elan edilməsini təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada SSRİ lideri Nikita Xruşşovun bir qərarını, yəni 1954-cü ildə Krımın Ukrayna SSR-ə verilməsini qanunsuz hesab etməyi təklif etdilər.

NOCOMMENT.az Lenta.ru-ya istinadən xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov belə bir təşəbbüslə çıxış edib.

“Krımlılar 1954-cü ilin pərdəarxası qərarı ilə razılaşmadılar. Biz 2014-cü ildə tarixi ədaləti bərpa etdik. İndi həmin hadisələrə hüquqi qiymət vermək lazımdır. Bütün Krım xalqı üçün bu, əlamətdar hadisə olacaq”, – deyə Konstantinov 71 illik qərarın məhkəmədə qeyri-qanuni elan edilməsinə çağırıb.

Onun sözlərinə görə, 1954-cü il hadisəsi yarımadanın Rusiyadan ayrılmasına və “onun sakinlərini ukraynalaşdırmaq üçün obsesif cəhdlərə” səbəb olub.

“On illərdir ki, onlar bizi kimliyimizdən məhrum etməyə, tariximizi, mədəniyyətimizi, doğma rus dilimizi əlimizdən almağa çalışırlar”, – deyən Konstantinov, “krımlıların Rusiyaya qayıtmaq üçün kifayət qədər siyasi müdrikliyə malik olduğunu” qeyd edib.

Krımın Ukraynaya verilməsi prosesi 1954-cü il aprelin 26-da başa çatıb. 2024-cü ildə Rusiya prezidenti Vladimir Putin bu aktı “Xruşşovun hədiyyəsi” adlandırmışdı.