ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı mövqeyini başa düşür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
“O [Tramp] ilk və indiyə qədər, mənim fikrimcə, yeganə Qərb lideridir ki, açıq və yüksək səslə Ukrayna böhranının əsas səbəblərindən birinin əvvəlki Amerika administrasiyasının Ukraynanı NATO-ya cəlb etmək üçün həyasız xətti olduğunu söyləyib. Heç bir Qərb lideri belə bir söz deməmişdi, lakin o, bu fikri bir neçə dəfə təkrar etdi. Bu, artıq onun bizim mövqeyimizi başa düşdüyünə işarədir”, – diplomat qeyd edib.
Lavrov həmçinin qeyd edib ki, Rusiya lideri Vladimir Putin Trampla telefon danışığında Rusiya üçün “önəmli olan Qərbə Ukraynanı yenidən silahlandırmağa imkan verəcək atəşkəs deyil, münaqişənin əsas səbəblərini aradan qaldıracaq uzun və sabit sülhdür”.
Bundan əvvəl Lavrov bildirmişdi ki, Rusiya nümayəndə heyəti Ər-Riyaddakı danışıqlarda ABŞ nümayəndələrinə Ukraynanın NATO-ya üzvlüyünün Moskva üçün qəbuledilməz olduğunu izah edib. O, belə hərəkətləri Rusiyanın maraqlarına və suverenliyinə birbaşa təhlükə adlandırıb.