Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni tender elan edib.
NOCOMMENT.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata əsasən, tender 3 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlıdır. Evlərin 2 ədədinin Lənkəran rayonunda, 1 ədədinin isə Siyəzən rayonunda tikintisi planlaşdırılır.
Tenderin ehtimal olunan qiymət 276.316,70 manatdır.
Bu gün dərc edilən tender üçün son müraciət tarixi 03 mart 2025-ci il 11:00 təyin edilib.\\Valyuta.Az