ABŞ-ın yeni administrasiyası enerji bazarında sabit qiymətlərdə də maraqlı olduğunu açıq şəkildə ifadə edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda dron istehsalı zavoduna səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mövcud administrasiya enerji qiymətlərini sabitləşdirməyə, hətta aşağı salmağa çalışdığını dəfələrlə bəyan edib”, – deyə o vurğulayıb.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.