Peskov: Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üçün çox mühüm addım atıblarbackend

Peskov: Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üçün çox mühüm addım atıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində çox mühüm addım atıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sülh yolu ilə nizamlanmaya nail olmaq üçün belə şəraitin yaradılması istiqamətində çox mühüm addım atılıb. Hər iki tərəfdən lazımi siyasi iradə nümayiş etdirilib”, – o bildirib.

Ər-Riyadda ötən gün keçirilən görüşdə Rusiya və ABŞ nümayəndələri ilk növbədə Rusiya-ABŞ münasibətlərinin problemlərini və digər məsələləri müzakirə ediblər.