“HƏMAS” fevralın 20-də ölən girovların meyitlərini İsrailə təhvil verəcəkbackend

“HƏMAS” fevralın 20-də ölən girovların meyitlərini İsrailə təhvil verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, müvafiq bəyanatı “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.

Onun sözlərinə görə, Bibas ailəsinin üzvləri və Oded Lifşitsin meyiti cümə axşamı qarşı tərəfə təhvil veriləcək: “Onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub”.

Qeyd edək ki, Kfir Bibas 2023-cü il oktyabrın 7-də “HƏMAS” silahlıları tərəfindən əsir götürülən zaman doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.