Taqanski Rayon Sülh Məhkəməsi YouTube video hostinq xidmətini cərimələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalının mesajında deyilir.
YouTube MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.31-ci maddəsinin 5-ci hissəsini pozmaqda təqsirli bilinib. Videohostinq xidməti internetdə məlumatların yayılmasının təşkilatçısı kimi üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham edilib. Digər təfərrüatlar açıqlanmır.
Məhkəmə YouTube-a 80 min rubl cərimə kəsib.