Azərbaycan və Ermənistan arasında sülh prosesi, təəssüflər olsun ki, 5 ildən artıq müddətdir davam edir. Azərbaycanın təkidli istəyinə baxmayaraq, Ermənistan sülhə yanaşmır. Nikol Paşinyan son çıxışında referendumun vacibliyindən danışıb. Lakin Ermənistan illərdir ki, eyni siyasəti həyata keçirir.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
Nikol Paşinyan sələfləri kimi sözlərində bir, əməlində isə tamamilə fərqli mövqe sərgiləyir. Əgər Ermənistan, həqiqətən, sülh üçün ciddi addımlar atsaydı və özünü marionet deyil, müstəqil bir siyasətçi kimi aparsaydı, vəziyyət tamam başqa cür ola bilərdi. Belə olsaydı, biz sülh müqaviləsini indi deyil, hələ 2021-ci ildə imzalaya bilərdik.
Lakin, təəssüf ki, Ermənistan hələ də köhnə ritorikasını qoruyur və öz siyasətində müstəqil olmadığını göstərir. Əvvəllər Moskvanın təsiri altında olan Ermənistan bu gün Paris və Avropadakı ermənipərəst qüvvələrdən asılıdır. Buna görə də, Ermənistan formal olaraq müstəqil görünsə də, təəssüf ki, tam müstəqil bir ölkə kimi davrana bilmir.
Elnur Quliyev