Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.
NOCOMMENT.az xəbər verir ki, paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.\\“Unikal”