Almaniyanın ifrat sağçı “ Almaniya üçün Alternativ ” (AfD) partiyası Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Almaniya üçün Alternativ Partiyasından olan Bundestaqın deputatı, parlamentin ABŞ üzrə qrupunun sədr müavini, professor Harald Veyel deyib.
“AfD hökumət koalisiyasına daxil olarsa, biz Avropa İttifaqı Nazirlər Şurası səviyyəsində Rusiyaya qarşı Avropa sanksiyalarının ləğvinə çalışacağıq ” dedi.
Professor onu da qeyd edib ki, partiya “Şimal axını” qaz kəmərlərinin təmirini və Rusiya ilə enerji əməkdaşlığının bərpasını dəstəkləyir. “Lakin ən əsası odur ki, biz bu gün alman əhalisində Rusiya ilə qaçılmaz müharibə obrazı yaradan dövlət təbliğatını dayandıracağıq”, – deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Bundestaqın AfD üzvü Mark Bernhard Almaniya və Rusiya arasında hökumət səviyyəsində dialoqun bərpasının zəruriliyini bəyan edib. Onun sözlərinə görə, dialoq olmadan heç bir əlaqə yoxdur, ona görə də kompromis tapmaq lazımdır.