Litva Prezidenti Avropanı müdafiə xərclərini ikiqat artırmağa çağırıbbackend

Litva Prezidenti Avropanı müdafiə xərclərini ikiqat artırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa müdafiə ehtiyaclarına iki dəfə çox vəsait ayırmalıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Litva Prezidenti Gitanas Nauseda deyib.

“Mən bu gün NATO-nun büdcə xərclərinin ədalətli bölünməməsi və böyük hissəsinin ABŞ-nin payına düşməsi ilə bağlı Vaşinqtonun tənqidi ilə razıyam. Buna görə də Avropa bu prosesdə iştirakını ən azı iki dəfə artırmalıdır”, – o bildirib.

2025-ci ilin dövlət büdcəsində Litva müdafiə sahəsinə rekord məbləğdə – 2,5 milyard avro ayırıb ki, bu da ÜDM-in 3,03 %-ni (keçən il ÜDM-in 2,75 %-i) təşkil edir.