Putin Krımla dəmir yolu əlaqəsinin inkişafının nəzərdən keçirilməsini tapşırıbbackend

Putin Krımla dəmir yolu əlaqəsinin inkişafının nəzərdən keçirilməsini tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk Xalq Respublikaları, eləcə də Zaporojya və Xerson vilayətləri vasitəsilə Krımla yük və sərnişin daşımaları dəmir yolu əlaqələrinin inkişafı məsələsinə baxmağı tapşırıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Kremlin saytında dərc olunmuş Rusiya liderinin Krım Respublikası və Sevastopolun sosial-iqtisadi inkişafı məsələləri ilə bağlı təsdiq etdiyi təlimatların siyahısı sübut edir.

Məlumata görə, 2025-ci il martın 31-dək Rusiya Federasiyası hökuməti Rusiya Dəmir Yolları ilə birlikdə Krımla Rusiyanın mərkəzi hissəsi arasında Rusiya Federasiyasının yeni subyektlərinin əraziləri vasitəsilə dəmir yolu əlaqəsinin genişləndirilməsi məsələsini işləməlidir. Yarımadanın liman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilməlidir.

Məsul şəxslər Rusiyanın baş naziri Mixail Mişustin və “Rusiya Dəmir Yolları” QSC-nin baş direktoru və idarə heyətinin sədri Oleq Belozerovdur.