Mingəçevir Şəhər İcra Hakimiyyəti yeni tender elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət satın almaların vahid internet portalı məlumat yayıb, elan edilən tender, büdcədənkənar vəsait hesabına bayram tədbirlərinin satınalınması ilə bağlıdır.
Satınalmaya Novruz bayramı, 8 Noyabr – Zəfər Günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Mingəçevirin şəhər günü və Ümummilli lider Heydər Əliyevin ildönümü ilə bağlı konsert proqramının təşkili daxildir.
Bundan əlavə tədbirlər üçün qızılgüllərin və hədiyyələrin alınması, atəşfəşanlıq və s. də tenderə daxildir.
Qeyd edək ki, tender üçün ehtimal olunan qiymət 49.122,00 manatdır. Təkliflərin son təqdim edilmə tarixi isə 4 mart 2025-ci il 14:30 təyin edilib.\\Valyuta.az