Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bu hadisə ilə bağlı video yayıb. Həmin videonu təqdim edirik:
***
10:12
Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.
NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.