Rusiya hərbçiləri Xarkov vilayətinin Dvureçnaya kəndinin sakinlərini təxliyə ediblər.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın regionun hərbi-mülki administrasiyasının (VGA) rəhbəri Vitali Qançev məlumat verib.
“Rusiya Silahlı Qüvvələrinin hərbçiləri VGA əməkdaşları ilə birlikdə Dvureçnaya kəndindən mülki əhalinin daha bir hissəsini təxliyə ediblər.
Rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğu üçün təxliyə prosesi demək olar ki, bir gün çəkib. Hazırda kənd sakinləri Rusiya ərazisində təhlükəsizdirlər.
Bundan əvvəl Luqansk Xalq Respublikasının xalq milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko məlumat vermişdi ki, Ukrayna hərbçiləri Dvureçnaya kəndi yaxınlığında qoşun dəstəsini gücləndiriblər. Onun sözlərinə görə, Dvureçnayanın şimalındakı Kolodeznoye bölgəsində Ukrayna hərbçilərinin yığılması müşahidə olunub.