Rusiyanın 8 media orqanının Avropada yayımı qadağan edilibbackend

Rusiyanın 8 media orqanının Avropada yayımı qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) 16-cı sanksiyalar paketi çərçivəsində səkkiz Rusiya KİV-nin yayımını qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, məhdudiyyətlər Eurasia Daily nəşri, News Front agentliyi, SouthFront saytı, RuBaltic.ru portalı, Lenta.ru onlayn nəşri, Zvezda telekanalı və Strateji Mədəniyyət Fonduna təsir edib. Aİ Şurası bu media qurumlarının yayım lisenziyasını dayandırdığını bildirib.

Məhdudiyyətlər Rusiyanın 13 bankını da əhatə edib. Onların SWIFT beynəlxalq ödəniş sistemindən əlaqəsi kəsilib.

Bundan əvvəl məlum olub ki, Aİ xarici işlər nazirləri yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləyiblər.