Bu NATO ölkələsi Trampın Ukrayna ilə bağlı hərəkətlərini dəstəkləyirbackend

Bu NATO ölkələsi Trampın Ukrayna ilə bağlı hərəkətlərini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli təşəbbüsünü dəstəkləyir və Ankara danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı Rusiya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanan mətbuat konfransında deyib.

“Türkiyə Rusiya və Ukrayna üçün İstanbul formatını və taxıl müqaviləsini uğurla təklif etdi. ABŞ münaqişənin danışıqlar yolu ilə dayandırılması təşəbbüsü ilə çıxış edib. Bu, bizim mövqeyimizdir, biz buna böyük əhəmiyyət veririk”, – diplomat bildirib.

Fidan onu da vurğulayıb ki, Türkiyə silahlı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, bunda Rusiyanın maraqları və hər iki tərəfin mütləq iştirakının nəzərə alınacaq.