“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: Niyyətim iş qurmaq idibackend

“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: Niyyətim iş qurmaq idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs ifadə verib.

O bildirib ki, işçilərin əmək haqqısının bir qismi nağd verilib, bir qismi isə kart hesabına köçürülüb:

“İşçilərin bəziləri əmək müqaviləsi olmadan işləyirdi. Ay sonunda bir neçəsini işlə təmin etdim. İşçilərin maaşlarının bir qismi karta köçürdü, qalanını nağd şəkildə verirdim. Bu müəssisəni yaradanda niyyətim dələduzluq olmayıb, iş qurmaq istəyirdim. Hazırda müəssisəni bağlamışam”.

Məhkəmənin növbəti iclası martın 10-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.\\report