Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 16-cı paketi çərçivəsində Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Garantex-ə məhdudiyyətlər qoyub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ sənədində deyilir.
Aİ sanksiyaların tətbiqini Rusiyanın Sberbank, T-Bank, Alfa-Bank banklarının müştərilərinin Garantex vasitəsilə qlobal maliyyə sisteminə çıxış əldə edə bilməsi ilə izah edib, çünki bank hesablarından rubl kriptovalyuta ilə, sonra isə kriptovalyuta digər valyutalara dəyişdirilir.
Fevralın 24-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər. Xüsusilə Aİ Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərin sahiblərinə və Rusiya hərbi sənaye kompleksini dəstəkləyən və ya ondan faydalananlara qarşı məhdudiyyətlər qoyur.