Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndiribbackend

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London daha 107 maddə daxil olmaqla Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

NOCOMMENT.az xəbər verir ki, yenilənmiş siyahı Britaniya hökumətinin saytında dərc olunub.

Rusiyanın 40 gəmisinin sanksiyalara məruz qaldığı qeyd edilir.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan etmişdi ki, Böyük Britaniyanın yeni sanksiyalar siyahısına banklar, “kölgə donanması” və Çin şirkətlərinə qarşı məhdudiyyətlər daxildir.

Starmer əlavə edib ki, fevralın 24-də G7 ölkələrinin liderləri ilə əlavə məhdudiyyətləri müzakirə etməyi planlaşdırır.