Keniyada itkin düşən britaniyalı iş adamının meyiti Nayrobidən 60 mil aralıda kolluqda kisəyə bükmüş halda tapılıb.
NOCOMMENT.az “The Guardian“a istinadla xəbər verir ki, “Fico” data analitika şirkətinin baş direktoru, 58 yaşlı Kempbell Skott fevralın 16-da “JW Marriott” otelində konfransda iştirak etmək üçün Keniya paytaxtına gəldikdən sonra itkin düşüb.
Meyit şənbə günü Nayrobinin cənub-şərqindəki Makonqo meşəsində çobanlar tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, mərhum boğularaq öldürülüb.
Qətllə əlaqədar bir taksi sürücüsü və gecə klubunun ofisiantı saxlanılıb. Onlar adam oğurluğu və qətldə şübhəli bilinirlər.
Polis hesab edir ki, onu qaçıranlar biznesmenin bank hesablarından pul çıxarmağa çalışıblar.
Hazırda istintaq davam etdirilir.