Birləşmiş Ştatlar və Ukrayna Vaşinqtona Kiyevin təbii sərvətlərdən əldə etdiyi gəlirlərin bir hissəsini tələb etməyə imkan verən, lakin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva etməyən iqtisadi saziş imzalamağa yaxınlaşıb.
NOCOMMENT.az xəbər verir ki, u barədə New York Times (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədin bazar ertəsi müzakirə edilən yeni variantı əvvəlki layihələrlə müqayisədə Ukraynanın xeyrinə təkmilləşdirilib. Bununla belə, Kiyevin əsas tələbi – Rusiya ilə münaqişənin gərginləşəcəyi təqdirdə ABŞ-ın özünü müdafiə etmək öhdəliyi mətnə daxil edilməyib. Ağ Ev rəsmiləri sazişin “iqtisadi xarakter daşıdığını və gələcək hərbi yardımı əhatə etmədiyini” vurğulayıblar.
Ukrayna prezidenti Vladimir Zelenskinin “bu həftə və ya gələn həftə” sazişi imzalamaq üçün ABŞ-a gələcəyi gözlənilir.
Fevralın 24-də Ukrayna baş nazirinin müavini Olha Stefanişina bildirib ki, Kiyev və Vaşinqton mineral sövdələşmə üzrə danışıqların son mərhələsindədir.