Siyarto: Macarıstan Rusiya və ABŞ arasında razılaşmaya ümid edirbackend

Siyarto: Macarıstan Rusiya və ABŞ arasında razılaşmaya ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan ümid edir ki, Rusiya və ABŞ arasında aparılan danışıqlar yeni qlobal təhlükəsizlik sisteminin əsasını təşkil edəcək razılaşmaya gətirib çıxaracaq.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Aydındır ki, yaxşı ABŞ-Rusiya münasibətləri qlobal sülhün əsasına çevrilə bilər”, – deyə o vurğulayıb.

Siyarto həmçinin bildirib ki, Rusiya ilə ABŞ arasında dialoqun bərpası silahlara nəzarət sahəsində dəyişikliklərə səbəb ola bilər.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.